25 iyul 2011 19:46
AZAL-da ad günü (FOTO)
Qızılcahamamda toplanış keçirən AZAL-ın qapıçısı Amil Ağacanov ad günününü xüsusi qeyd edib. Azerisport.az xəbər verir ki, 28 yaşı haqlayan Amili dünən komanda yoldaşları özünəməxsus şəkildə təbrik edilər.
Belə ki, səhər keçirilən məşqdə Ağacanovu "yumurta atəşi"nə tutan oyunçular daha sonra onu hovuza atıblar. Bu şadyanalıq sonda komandanın sifarişi ilə hazırlanan tortun kəsilməsi ilə başa çatıb.
