25 iyul 2011 19:53
Kəpəz erməni əsilli futbolçular almaq istəyib?
Bir müddət əvvəl futbolçu axtarmaq üçün Rusiyanın Armavir şəhərinə yollanan "Kəpəz"in baş məşqçisi Mehman Allahverdiyev bəyəndiyi futbolçular üzündən çətin vəziyyətə düşüb. Azerisport.az xəbər verir ki, Rusiyanın Armavir şəhərinə futbolçu axtarışına yollanan Allahverdiyevin “tapıntısından” sonra Armavirin "Torpedo" klubunun iki futbolçusu Gəncəyə gəlib.
Lakin onların erməni əsilli olmasından Mehman Allahverdiyevin xəbəri olmayıb. Onların gəlişi isə Gəncə hava limanında böyük qalmaqala səbəb olub.
Dövlət Sərhəd Xidməti əməkdaşları Rusiya pasportu daşıyan erməniəsilli futbolçuları gəldikləri təyyarə ilə geri qaytarıb.
Lakin “Kəpəz” klubundan saytımıza verilən məlumata görə, bu xəbərlər həqiqəti əks etdirmir.
