25 iyul 2011 20:26
Neftçi Qarabağla oyunun hazırlğına başladı
Son ölkə çempionu "Neftçi" bu gün məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, Arif Əsədovun komandası 2011/12 mövsümündə ilk turun "Qarabağ"la oyununun hazırlğına start verib.
Komanda üzvləri baş məşqçi Arif Əsədovun rəhbərliyi altında ilk məşqinə klubun bazasındakı meydançada çıxıb. Sabah isə "Neftçi"nin iki məqşi nəzərdə tutulub.
Xatırladaq ki, "Neftçi" - "Qarabağ" oyunu avqustun 6 və ya 7-də baş tutacaq.
