25 iyul 2011 20:36
Azərbaycanın rəqiblərini Ronaldo müəyyənləşdirəcək
Braziliya yığmasının sabiq hücumçusu, ikiqat dünya çempionu Ronaldo DÇ-2014-ün Avropa zonasının seçmə mərhələsinin püşkatmasında iştirak edəcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın da rəqiblərini məhz dünya futbolunun canlı əfsanəsi açıqlayacaq.
Qeyd edək ki, bu tədbir iyulun 30-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
