25 iyul 2011 21:08
AZAL-dan yeni baş məşqçisi ilə ilk qələbə
Türkiyədəki toplanışını davam etdirən AZAL Qızılcahamam hazırlığı çərşivəsində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” nəhayət ki, bu dəfə meydançanı qələbə ilə tək edib.
3-cü liqada mübarizə aparan "Kilimli Bələdiyyəsi" ilə qarşılaşan komanda rəqib qapışından iki cavabsız top keçirib. Qollara Orxan Səfiyaroğlu və baxışda olan çernoqoriyalı legioner Milan Dyoriç imza atıb.
Lakin Milan Djoriç haqda qərar növbəti yoxlama oyunundan sonra veriləcək. Onun ayın 27-də "Konyasporla" görüşdə bir daha yoxlanılması planlaşdırılır.
Yeri gəlmişkən, sonda onu da xatırladaq ki, bu, AZAL-ın yeni baş məşqçisi Elxan Abdullayevin rəhbərliyi altında ilk qələbəsidi. Bundan əvvəl bir neçə sınaq matçında qüvvəsini sınayan paytaxt klubu heç-heçə ilə kifayətlənmişdi.
