25 iyul 2011 00:28
Mircavadov: Qarabağ son üç ildəki çıxışı ilə buna layiqdi
Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində Azərbaycan klublarının avrokuboklardakı çıxışını dəyərləndirib, “Qarabağ”ın qrup mərhələsinə çıxmaq şanslarından danışıb.
- Azərbaycan klublarının avrokubokların cari mövsümündəki oyunlarını izləmisiz?
- “Neftçi” və “Xəzər Lənkəran”ın ev oyunlarına baxdım. “Qarabağ”ın oyununu izləyə bilmədim.
- “Neftçi” və “Xəzər Lənkəran”ın ev oyunlarına baxdım. “Qarabağ”ın oyununu izləyə bilmədim.
- Təəssüratlarınızı bilmək istərdik...
- “Xəzər Lənkəran”ın növbəti mərhələyə adlamaq şansı “Neftçi”ninkindən daha çox idi. Buna görə də ümid edirdim ki, lənkəranlılar Təl-Əviv “Maccabi”sinin qapısına yol tapa biləcək. Amma İsrail komandası göstərdi ki, əla müdafiə də oluna bilir. Hesab edirəm ki, bu cütlərdə hər şey ilk oyunda həll olunmuşdu. Üç qol buraxmaq belə mübarizədə rəqib üçün daha böyük şans yaradır.
- Amma lənkəranlılar səfərdə qol vura bilmişdilər...
- Daha bir qol vurmaq lazım idi. Düzdü, Lənkəranda da kifayət qədər qol vəziyyətləri oldu. Məgər “Maccabi” bu oyunlarda özü qol vəziyyəti yaradırdı? Hesablasan, 5-6 etməz. Amma 3 qol vurdular. Bax “Xəzər Lənkəran”ın məğlubiyyətinin əsas səbəbi bu idi.
- Deməli, XL “Maccabi”ni keçə bilərdi?
- Hesab edirəm ki, keçiləsi komanda idi.
- Hesab edirəm ki, keçiləsi komanda idi.
- Bu matçdan sonr Lənkəranda kifayət qədər maraqlı olaylar baş verməkdədi. Öncə klub rəhbərliyi bütün legionerlərdən imtina etdi, ardından da buna etiraz edən baş məşqçi Mirça Rednik ölkəni tərk etdi. Necə düşünürsüz, klubun bu siyasəti düzgündü?
- Mən klubun bu qərarını müzakirə edə bilmərəm. “Xəzər Lənkəran” həmişə ambisiyalı klub olub. Avrokuboklarda qələbə qazana bilməmək əlbəttə nə azarkeşlərin, nə də rəhbərliyin ürəyincədi. Gəlin açıq danışaq da: Lənkəranda əla stadion, şərait, gözəl fanat ordusu var. Orda qələbə qazanmaq lazımdı.
- Rednik Rumıniyaya qayıtmaqla düzgün addım atdı?
- Bu, onun qərarıdı. Mən bu haqda heç nə deyə bilmərəm.
- Bu, onun qərarıdı. Mən bu haqda heç nə deyə bilmərəm.
- Altı il öncə siz Çempionlar Liqasında Belçika klubuna qarşı çıxış etmisiz...
- Hə, mən “Neftçi”ni çalışdırıram. “Anderlecht”lə qarşılaşmışdıq.
- Bu iki ölkə təmsilçiləri yenidən üz-üzədi: “Qarabağ”la “Brugge”...
- “Qarabağ”ın rəqibi o vaxtkı “Anderlecht” qədər güclü deyil. Hesab edirəm ki, Ağdam klubunun qrup mərhələsinə düşməsi üçün hər cür şansı var. Çox şey bu oyunlarda seçiləcək taktikadan asılı olacaq.
- “Anderlecht”lə “Brugge”ni birləşdirən hansısa məqamlar var?
- Şübhəsiz. Ümumiyyətlə, Belçikada hamı oxşar futbol oynayır. Bu, elə yığmadan da görünür. Onlar müdafiədən hücuma tez keçməyi sevirlər. Uzun ötürmələrdən çox istifadə edirlər. Belçikalılar standart vəziyyətlərdə də təhlükəlidilər. Onlar Brüsseldəki 3 qolu bizə məhz belə vurmuşdular.

- “Qarabağ” bu mərhələni keçmək üçün nə etməlidi?
- “Qarabağ”a transfer lazımdı, bu, aşkar görünür. Amma bu komandada seleksiya işi çox güclü aparılır. Orda bir nəfər də olsun, əlavə oyunçu yoxdu. Digər tərəfdən ehtiyat qüvvəsi də yoxdu. Məsələn, bir oyunda Rauf Əliyev olmasın, o dəqiqə problem yaranacaq. Heyət eynidi və futbolçular demək olar ki, istirahət etmirlər. Amma mən çox istərdim ki, onlar qrup mərhələsinə kimi irəliləyə bilsinlər. “Qarabağ” son üç ildəki çıxışı ilə buna layiqdi.