26 iyul 2011 13:18
Simurqda albaniyalı futbolçu (FOTO)
“Simurq” yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda məşqlərini sürdürməklə yanaşı heyətini gücləndirməyi də unutmur.
Belə ki, baş məşqçi Sergey Yuran bir neçə futbolçunu baxışdan keçirir. Onlardan biri də albaniyalı futbolçu Fatyon Sefadı. Hücumameylli yarımmüdafiəçinin 27 yaşı var.
Karyerası ərzində “Lushnja”, “Shkumbini Peqin”, “Dinamo” (Tirana), “Besa” və “Tomori” kimi klublarda top qovub.
