26 iyul 2011 01:18
Superliqanın başlama tarixi dəqiqləşdi
Türkiye Superliqasının yeni mövsümünün başlama tarixi dəqiqləşib. Azerisport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Ali Aydınlar danışılmış oyunlarla əlaqədar olaraq startı sual altına düşən ölkə çempionatının gec olsa, başlayacağını bəyan edib.
Belə ki, o, Superliqa ilə Bank Asya birinci liqada yeni mövsümün sentyabr ayında başlayacağını açıqlayıb. Superliqada ilk tur sentyabrın 9-da, Bank Asya birinci liqada açılış turunun oyunları isə 10 sentyabrda baş tutacaq.
Qeyd edək ki, öncədən Superliqanın avqustun 7-də, Bank Asya birinci liqanın isə avqustun 14-də start götürməsi planlaşdırılırdı. Lakin danışılmış oyunlarla bağlı şok olaylar səbəbindən Türkiyədə yeni mövsüm təxminən bir ay gec start götürmüş olacaq.
