26 iyul 2011 13:32
Türkiyənin məşhur futbol şərhçisi də polisə çağırıldı
Türkiyənin məşhur futbol şərhçilərindən olan Erman Toroğlunun da adı son vaxtların ən böyük qalmaqalına qarışdı. Azerisport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Toroğlu bu gün səhər saatlarında dindirilmək üçün şöbəyə çağırılıb.
Jurnalistlərə açıqlama verən Toroğlu deyib ki, ona çox qısa bir şey söyləyiblər: "Qəzetlərdə çıxan xəbərlərlə bağlı sualları olduğunu dedilər. Nə edəcəklərini bilmirəm".
Qeyd edək ki, Türkiyə mətbuatı Toroğlunun polis şöbəsinə zərərçəkən qismində ifadə vermək üçün çağırıldığını iddia edir. Lakin son qərarın nə olacağı maraqla gözlənilir.
