26 iyul 2011 13:42
Macarıstan millimizlə oyundan imtina etdi
İyulun 28-də və 30-da, “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının yoldaşlıq oyunu keçirəcəyi barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu qarşılaşmalarda yığmamızın rəqibi Macarıstan olmalıydı.
Lakin AFFA-nın bu gün yaydığı yeni məlumata görə, rəqib əvvəlcədən xəbər verildiyi kimi, Macarıstanın yox, Moldovanın 17 yaşadək qızlardan ibarət yığması olacaq. Hər iki oyun saat 19:00-da başlayacaq.
