26 iyul 2011 13:50
Brugge azarkeşləri üçün Bakıya çarter reysi
Belçikanın “Brugge” klubunun rəhbərliyi azarkeşlərini sevindirmək qərarına gəlib. Azerisport.az xəbər verir ki, onlar azarkeşlərinin Bakıda keçiriləcək “Qarabağ”la cavab matçını canlı izləmək istəyən tərəfdarları üçün şərait yaradacaqlar.
Belə ki, “Brugge” başbilənləri artıq bunun üçün Bakıya xüsusi çarter reysi sifariş edib. Məlumatda bildirilir ki, həmin azarkeşlər Azərbaycan paytaxtına oyundan iki gün öncə - avqustun 2-də gələcəklər.
Qeyd edək ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində bir-birinə rəqib olan “Qarabağ”la “Brugge” ilk oyununa iyulun 28-də Brüggedə, cavab görüşünə isə avqustun 4-də Bakıda çıxacaq.
