26 iyul 2011 14:07
Bakı Serbiya klubu ilə qarşılaşacaq
Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Bakı” daha bir yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, rəqib Serbiya klubu “OFK Beograd” olacaq.
Bu rəqiblə qarşılaşmanın iyulun 28-də baş tutacağı bildirilir. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “zolaqlılar”ın bu gün Türkiyə Superliqasında çıxış edən “Antalyaspor”la da görüşəcəyi bildirilir. Bu haqda hətta “Antalyaspor”un rəsmi saytında da məlumat var. Lakin “Bakı” tərəgi hələ ki, bu xəbəri təsdiqləmir. Qarşılaşmanın Bakı vaxtı ilə saat 21:00-da başlayacağı bildirilir.
