26 iyul 2011 14:29
“İlk turdan etibarən bizdən sürpriz gözləyə bilərsiz”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev azerisport.az saytına müsahibəsində yeni mövsümə hazırlıqlarından, eləcə də qarşılarındakı vəzifələrdən danışıb.
- Yeni mövsümə hazırlıqlar necə gedir?
- Təəssüf ki, hazırlıqlar üçün yetərincə vaxtımız olmayıb. Belə demək mümkünsü, zaman bizə qarsıdı. Amma istənilən halda siz növbəti mövsümdə fərqli “Turan” görəcəksiz. Qalan vaxt ərzindəki hazırlıqlarımıza gəlincə, iyulun 28-də ikitərəfli oyun keçirmək istəyirik. Avqustun 1-də isə Gürcüstana yollanacağıq. Orda yerli klublardan biri ilə qarşılaşmalıyıq. Əgər yüksək liqa klublarından tapa bilsək, onlarla oynamaq istəyirik. Alınmasa, birinci liqa təmsilçisi ilə görüşməliyik.

- Yeni transferlə bağlı vəziyyət nə yerdədi?
- Biz Gürcüstandakı ilk hazırlıq prosesi zamanı iki futbolçu dəvət etmişdik. Onlarla yaxın günlərdə müqavilə bağlamalıyıq. İndi demək istəmirəm. Əgər hər şey qaydasında getsə, o zaman ətraflı məlumat verərik.

- Son mövsümdə o qədər də oyun keçirməyən Samir Əliyevi də komandanıza dəvət etmisiz...
- Samir özünü təsdiqləmiş futbolçulardandı və nəyə qadir olduğunu təkrar göstərə bilər. “Turan”ın belə futbolçulara ehtiyacı var. Bizə ulduz lazım deyil, ulduz olmaq istəyən futbolçular lazımdı.
- Klub rəhbərliyi qarşınıza nə vəzifə qoyub?
- Klub prezidenti yaxşı komanda yaratmağımızı istəyir. Mən təkcə əsas komanda ilə məşğul olmuram. Mənim “Turan”la bağlı çox planlarım var. Gənclərə şans verməli olacağıq.

- Amma sualımıza cavab vermədiniz...
- Əlbəttə, məqsədsiz komanda olmur. Necə deyərlər, iştaha yemək vaxtı gəlir.
- Neçə legioner futbolçu ilə çıxış edəcəksiz? Hesab etmirsiz ki, yerli futbolçulara şans verməyiniz daha böyük məqsədlərə nail olmaq yolunda sizə problem yarada bilər?
- Belə demək mümkünsə, əcnəbilər bizdə heç də az olmayacaq. 8-9 legioner oyunçumuz var. Son 3-4 illə müqayisədə bizə gələn legionerlərin səviyyəsi çox yüksəlib. Şübhəsiz, belə olan vəziyyətdə bizim işimiz çox çətin olacaq. Amma bu, bizi qorxutmur. Hər şeyə hazırıq. Gənclərimizdə oynamağa böyük həvəs var. Sadəcə təcrübə çatışmazlığı var.

- İlk turda “İnter”lə qarşılaşacaqsız. Start üçün o qədər də uyğun rəqib deyil eləmi?
- Güclü rəqibdi. Böyük ambisiyalı var. Amma bu, bizi şoka salmır. Amma elə ilk turdan etibarən bizdən sürpriz gözləyə bilərsiz.