26 iyul 2011 15:34
AFFA Nefçiyə qarşı lipa iddiasını əsassız saydı
13 iyul 2011-ci il tarixində Həvəskarlar arasında Azərbaycan birinciliyinin 1/2 final mərhələsinin cavab oyunları çərçviəsində “Mehdiabad Bələdiyyəsi” – “Neftçi” qarşılaşması keçirilib. Azerisport.az xəbər verir ki, “Mehdiabad Bələdiyyəsi” oyundan sonra İntizam Komitəsinə məktub ünvanlayaraq “Neftçi” klubunun 19 №-li futbolçusu Həsən Qəhrəmanov, 8 №-li futbolçusu Tural Qarayev, 17 №-li futbolçusu Cahangir Sadıqov və 10 №-li futbolçusu Məhəmməd Bədəlbəylinin statuslarının həsəvkar olmadığını bildirib.
Araşdırma nəticəsində adıçəkilən futbolçuların 17 iyul 2011-ci il tarixindən etibarən həsəvkar statusa malik olduğu və Həvəskarlar Futbol Federasiyası tərəfindən yarışlarda iştirak etmək üçün lisenziyalarla təmin olunduqları aşkar edilib. Yuxarıda göstərilənləri və eləcə də matçın protokolunda etirazın qeyd edilməməsi nəzərə alınaraq, “Mehdiabad Bələdiyyəsi”nin etirazı əsassız hesab olunub və oyunun nəticəsi olduğu kimi saxlanılıb.
