26 iyul 2011 15:45
Neftçi Qarabağla oyuna bazasında hazırlaşır
"Neftçi" "Qarabağ"la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün səhər saatlarında fiziki hazırlıqdan məşq keçiblər.
Klubun bazasında baş tutan prosesdə futbolçular baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşqçi Mehmet Akın tapşırıqlarını yerinə yetiriblər. Flaqmanın axşam məşqi isə toplu çalışmalara həsr olunacaq.
Qeyd edək ki, "Neftçi"nin sabah üçün də iki məşqi nəzərdə tutulub.
