26 iyul 2011 16:35
Xəzər Lənkəran artıq Lənkərandadı (FOTO)
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” bu gün doğma şəhərə qayıdıb. Azerisport.az xəbər verir ki, komandanı gətirən avtobus Lənkəran şəhərinin girəcəyində qarşılanıb.
Masallı və Lənkərandan olan azarkeşlər “Xəzər Lənkəran”ı böyük coşqu ilə qayıdıb. Qeyd edək ki, İsrailin “Maccabi” klubuna iki oyunun nəticəsinə görə məğlub olaraq Avropa Liqasındakı çıxışını startdaca dayandıran komandanın aparıcı oyunçuları ilə vidalaşacağı gözlənilirdi. Lakin baş məşqçi Mirça Rednik klub rəhbərliyini gedəcəyi ilə hədələdiyindən, onlar qərarlarını dəyişməyə məcbur oldular.
Bu isə azarkeşlərin böyük sevincinə səbəb oldu. Onların komandanı belə coşquyla qarşılamasının da səbəbi yəqin ki, başadüşüləndi. (12-ci oyunçu)
