26 iyul 2011 16:46
Babunski: Azərbaycanla oyuna heyəti yaxın günlərdə açıqlayacağam
Makedoniya yığmasının yeni baş məşqçisi Boban Babunski Azərbaycan millisi ilə qarşıdan gələn yoxlama matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, bu gün Makedoniya Futbol Federasiyası ilə 2 illik müqavilə imzaladıqdan sonra o, baş məşqçi postundakı ilk oyunu ilə bağlı bunları dilə gətirib:
“Mən komanda üzvlərinə peşəkar keyfiyyətlərini, özlərini müsbət tərəfdən göstərməyə hər cür şəraiti yaradacam. Azərbaycanla oyuna aparılacaq heyətə gəlincə, onu ən yaxın günlərdə açıqlayacağam”.
Qeyd edək ki, Babunskinin Makedoniya millisindəki debüt matçı Azərbaycanla sınaq oyununa təsadüf edəcək. Bu qarşılaşma avqustun 10-da Bakıda keçiriləcək.