26 iyul 2011 16:56
UEFA-dan azərbaycanlıya yeni təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, bu dəfə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Slayqo Rovers” (İrlandiya) – “Vorskla” (Ukrayna) oyununa təyinat alıb.
Belə ki, avqustun 4-də, Dublin şəhərində keçiriləcək bu iki komanda arasındakı cavab oyununun hakim-inspektoru məhz Asim Xudiyev olacaq. Tərəflərin ilk oyunu isə iyulun 28-də baş tutacaq.
