27 iyul 2011 01:38
Qəbələ daha bir ingilis klubuna qalib gəldi (YENİLƏNİB)
İngiltərədə təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi yenə İngiltərənin aşağı divizion təmsilçilərindən biri – “Hayes & Yeading” klubu olub.
Toni Adams bu dəfə yetirmələrini məhz 2007-ci ildə yaradılmış bu yeni klubla qarşılaşmada sınamaq qərarına gəlib. Görüşdə hesabı həmyerlilərimiz açıb. Lakin "Qəbələ"nin 6-cı dəqiqədə vurduğu qola ingilislər 24-cü dəqiqədə cavab verə biliblər. Tərəflər fasiləyə bu hesabla yollansalar da, görüşün 59-cu dəqiqəsində daha bir qol vuran komandamız 2:1 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, bundan öncə Londonda 3 oyuna çıxmış Adamsın komandası “Barnet”ə 0:1 uduzmuş, “Bishop`s Stortford” ilə qolsuz heç-heçəyə razılaşmış, “St Albans City” komandasını isə 3:2 hesabıyla məğlub etmişdi.
Yoldaşlıq oyunu
26 iyul
Qəbələ - Hayes & Yeading - 2:1 (1:1)
