26 iyul 2011 21:58
Qarabağ Brugge ilə yağışlı havada oynayacaq
“Qarabağ” Belçikanın “Brugge” komandası ilə yağış altında oynaya bilər. Azerisport.az xəbər verir ki, iyulun 28-də Brügge şəhərində yağışlı hava gözlənilir.
Sinoptiklərin məlumatına görə, həmin gecə havanın temperaturu 15 dərəcə isti təşkil edəcək.
Qeyd edək ki, “Brugge” və “Qarabağ” arasındakı ilk oyun Brüggenin “Yan Brendel” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
