26 iyul 2011 22:04
Qarabağda Brügge ilə oyun öncəsi şok xəbər!
Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Brugge” ilə ilk oyununu buraxacaq. Azerisport.az xəbər verir ki, buna onun böyük qardaşı Səbuhi Sadiqovun qəflətən dünyasını dəyişməsi səbəb olub.
Rəşad artıq “Qarabağ” komandası ilə birgə bu gün Belçikaya yola düşmüşdü. Lakin nümayəndə heyəti İstanbula çatarkən bu xəbər onlara çatdırılıb. Bu üzdən də klub rəhbərliyi Rəşadın Bakıya geri qayıtmasına icazə verib. Artıq onun Belçikadakı oyunda iştirak etməyəci dəqiqdi.
Qeyd edək ki, Rəşadla yanaşı Səbuhi də vaxtilə futbol oynayıb. O, hətta vaxtilə “Neftçi”dəki çıxışı ilə tanınırdı.
Allah rəhmət eləsin!
