26 iyul 2011 11:28
Vüqar Nadirov: Brüggedə qələbə də qazanmaq olar
“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Avropa Liqasının üçüncü təsnifat mərhələsində Belçika “Brugge”si ilə oyunlar öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Brugge” ilə oyunun hazırlıqları necə gedir?
- Əvvəlki oyunlarda olduğu kimi. Həm topsuz, həm də toplu məşqlər keçirik. Şübhəsiz ki, iki mərhələ adladığımız üçün komandada əhval-ruhiyyə yaxşıdı. Amma nəzərə alsaq ki, bizi qarşıda çox ciddi rəqib gözləyir, heç kimdə arxayınlıq yoxdu.

- 2009-2010 mövsümündə Norveç “Rosenborg”unu, 2010-2011 mövsümündə isə Polşa “Wisla”sını məğlub etdiniz. Nəzərə alsaq ki, Belçika klubu daha güclüdü, sizdən növbəti sürpriz gözləməyə dəyərmi?
- Deməli, növbəti sürpriz “Brugge” olmalıdı. Rəqibimiz çox ciddi komandadı. Mən onların Hollandiya “Roda”sı ilə son yoxlama matçlarına (2:2) baxmışam. Güclü komanda olsa da, vahiməli deyil. Eşitmişəm ki, ötən mövsümün sonunda Belçika klubunu 10 futbolçu tərk edib. Bu, onları çox zəiflədib.
- Deməli, rəqibi yaxşı öyrənmisiz?
- Xeyr, hələ xüsusi öyrənməmişik. Hətta demək olar ki, hələ heç nə bilmirik. Tezliklə onların bəzi oyunlarının videoyazısını izləməliyik.
- Səfərdə necə oynamağa hazırlaşırsız?
- Bilmirəm. Qurban Qurbanov oyundan öncə bizə necə tapşırıq versə, elə. Böyük ehtimalla əks-hücumlara bel bağlayacağıq. Necə də olmasa səfərdə oynayacağıq. Özü də cütün favoritinə qarşı.
- Bilmirəm. Qurban Qurbanov oyundan öncə bizə necə tapşırıq versə, elə. Böyük ehtimalla əks-hücumlara bel bağlayacağıq. Necə də olmasa səfərdə oynayacağıq. Özü də cütün favoritinə qarşı.
- Yəqin ki, rəqibin də güclü hücumlarına hazırşlaşırsız?
- Baxarıq. Nəzərə alsaq ki, onlar bizi öz meydanlarında qəbul edəcəklər, yəqin ki, qol vurmaq istəyəcəklər. Özü də nə qədər çox olsa, bir o qədər yaxşı olmaq şərti ilə.
- Elə isə “Qarabağ”ı səfərdə hansı nəticə qane edəcək?
- Bizə bir qol vurmaq lazımdı. Bu, əsas vəzifədi.
- Bizə bir qol vurmaq lazımdı. Bu, əsas vəzifədi.
- Belə olan halda Hollandiya “Twente”si ilə oyunda olduğu kimi 3 qol da buraxmağa razısız?
- Amma Polşa “Wisla”sı ilə oyunda olduğu kimi, qələbə də qazanmaq olar. Niyə də olmasın? Biz ki bunu etmişik.
- Amma Polşa “Wisla”sı ilə oyunda olduğu kimi, qələbə də qazanmaq olar. Niyə də olmasın? Biz ki bunu etmişik.
- Son iki mövsümdə olduğu kimi pley-offa çıxmaq vəzifəsini yerinə yetirməlisiz. Buna nail olmasaz, uğursuzluq hesab edəcsiz?
- Uğursuz olub-olmayacağını bilmirəm. Amma dəqiq faciə olmayacaq. Ümumiyyətlə mən bu haqda düşünmək istəmirəm. Belçika klubunu keçəcək gücdəyik və biz çalışacağıq ki, bunu bacaraq.