26 iyul 2011 11:31
Millimiz darmadağın etdi, baş məşqçi narazı qaldı
“Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında keçirilən yoldaşlıq oyunu barədə yığmamızın baş məşqçisi Sissi Rayt fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 4:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
"Böyükhesablı qələbə qazandığımıza görə sevinirəm. Buna baxmayaraq, bu gün meydanda fərqli komanda gördük. Xüsusilə də ikinci hissədə fiziki, taktiki baxımdan futbolçularımın oyunu məni qane etmədi".
