26 iyul 2011 11:40
AFFA azarkeşlər üçün avtobuslar ayıracaq
AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”da avqustun 10-da, saat 20:00-da keçiriləcək Azərbaycan və Makedoniya milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununun azarkeşlərinə assosiasiya tərəfindən avtobuslar ayrılacaq. Azerisport.az xəbər verir ki, azarkeşlər metronun Əzizbəyov stansiyasından “Dalğa Arena”ya gedib-gəlmək üçün ayrılan avtobuslardan pulsuz istifadə edə biləcəklər.
Həmin gün saat 18:00-dan başlayaraq hərəkət edən avtobuslara minmək üçün oyunun biletini təqdim etmək vacibdi.
Qeyd edək ki, oyuna biletləri qeyd olunan satış mərkəzlərindən almaq olar.
1. Tofiq Bəhramov adına Respublika stadionunun qarşısı
2. Park Bulvar
3. Şüvəlan Park
4. Xəzər Golden Beach
5. Accessbank (Mərdəkan filialı)
