26 iyul 2011 12:06
Argentina yığması baş məşqçisiz qaldı
Argentina Futbol Federasiyası yığma komandanın baş məşqçisi Serxio Batistanı qovmağa qərar verib. Azerisport.az xəbər verir ki, elə Argentinada təşkil olunan və bu ölkə yığması üçün kifayət qədər uğursuz bitən Amerika kubokundakı çıxış federasiya rəhbərliyini qane etməyib.
Bu üzdən də turnir başa çatandan dərhal sonra federasiya baş məşqçiylə yollarını ayırdıqlarını rəsmən bəyan edib. Lakin maraqlıdı ki, federasiya rəsmilərindən biri mətbuata açıqlamasında "Batista qovulmadı" açıqlamasını verib. O, həmçinin yeni baş məşqçinin yaxın günlərdə ictimaiyyətə tanıdılacağını da söz verib.
Baş məşqçinin qovulması Argentina millisinin gələn ay Rumıniya ilə oynamağa hazırlaşdığı yoldaşlıq görüşünün də ləğvi ilə nəticələnib. Xatırladaq ki, Argentina Amerika kubokunda əsas favoritlərdən hesab olunsa da, 1/4 finalda Uruqvaya uduzmuşdu.
