26 iyul 2011 00:17
XL legionerlərindən birini geri qaytarmadı
“Xəzər Lənkəran” rəhbərliyinin legionerləri barədə çıxardığı qərardan imtina etdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Mirça Rednik legionerlər gedəcəyi halda komandada qalmayacağını bildirdiyindən, Lənkəran klubu fikrini dəyişdi.
Belə ki, bu gün Rednik komandanın legioner futbolçuları ilə birgə Lənkərana qayıtmalıdı. Onunla yanaşı məşqçilər korpusu da fəaliyyətini davam etdirəcək.
Amma Rednik heç də bütün legionerlərin qalmasını istəməyib. Belə ki, rəhbərliklə qarşılıqlı razılığa əsasən Emeka Opara komandadan uzaqlaşdırılıb. Özü də bunun azarkeşlərin istəyinə görə həyata keçirildiyi bildirilir. Rumıniyalı mütəxəssis də azarkeşlərin sevmədiyi futbolçunun ona lazım olmadığını bildirib.
