26 iyul 2011 00:22
Turanda portuqaliyalı və serbiyalı futbolçular
Hazırlığın 2-ci mərhələsini Gürcüstanda başa vuran “Turan” 2 günlük istirahətdən sonra ötən gün Tovuzda yenidən bir araya gəlib. Azerisport.az xəbər verir ki, Əsgər Abdullayevin rəhbərliyi altında komanda saaat 19:30 məşqə çıxıb.
Gürcüstan hazırlıqları dönəmində komandaya qoşulan serbiyalı müdafiəçi Aleksand Dublyeviç və portuqailyalı Muhamadu Travalen də bu məşqdə iştirak edib.
Qeyd edək ki Tiflisdəki son yoxlama oyununda “Turan” “Qaqra”yla 2:2 hesablı heç-heçəyə razılaşmışdı.
