26 iyul 2011 00:32
Qarabağın rəqibi baş məşqçisiz qala bilər
Belçikanın “Brugge” klubunun baş məşqçisi Adri Koster postu ilə vidalaşa bilər. Azerisport.az xəbər verir ki, bu, böyük ölçüdə azərbaycanlı futbolçulardan asılıbı.
Məlum olduğu kimi, “Brugge” Avropa Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycanın “Qarabağ” klubu ilə mübarizə aparacaq. Komandamız bu rəqibini mübarizədən kənarlaşdıracağı halda, Belçika klubu 2009-cu ildən burda çalışan hollandiyalı mütəxəssisis qovacaq. Çünki gəlişindən bəri heç bir ciddi uğur qazana bilməyən Kosterin komandası üçün bu, əsl faciə hesab olunacaq. “Brugge” rəhbərliyi hazırda onun fəaliyyətindən o qədər də razı deyil.
Qeyd edək ki, “Brugge” ilə “Qarabağ” arasındakı ilk oyun iyulun 28-də Brüggedə, cavab görüşü isə avqustun 4-də Bakıda keçiriləcək.
