26 iyul 2011 12:35
Bu gün Bakıda, sabah Brüggedə son məşq
“Qarabağ” artıq Belçikaya yola düşür. Azerisport.az xəbər verir ki, Avroliqanın üçüncü təsnifat mərhələsində Belçikanın “Brügge” komandasının qonağı olacaq komandamız bu səhər Tofiq Bəhramov adına respublika stadionunda Bakıdakı sonuncu məşqini edib.
Günorta yeməyindən sonra komanda Bakı – İstanbul – Brüssel reysiylə Belçikanın paytaxtına yollanacaq. Yerli vaxtla 21:35-də çatacağı Brüsseldən isə komanda oyunun baş tutacağı şəhərə keçəcək.
Qurban Qurbanovun yetirmələri Brügge şəhərində “NH” otelində qalacaqlar. Sabah isə komandamız oyunun keçiriləcəyi stadionda 20:30-da son məşqə çıxacaq.
