26 iyul 2011 00:44
XL-da oynamış forvard Real-la müqavilə bağladı
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Allan Lalinin karyerasını ölkəsində davam etdirəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, uzun müddət idi onun Hondurasın “Real” klubuna keçidi gözlənilirdi.
Sözügedən ölkə mətbuatının yazdığına görə, futbolçu artıq məhz bu klubla münasibətlərini rəsmiləşdirib. Belə ki, o, yeni klubuyla 2 iki illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Lalin “Xəzər Lənkəran”a məhz “Real Espana”dan gəlmişdi. Cənub təmsilçisində çıxdığı 27 matçda Allan 9 qola imza atmışdı.
