27 iyul 2011 00:56
UEFA azərbaycanlı hakimlərdən üz çevirdi
Azərbaycanlı hakimlər UEFA Avropa Liqasının, eləcə də Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunlarına təyinat almayıblar. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu FİFA referilərimizdən heç birinə belə bir təyinat göndərməyib.
Amma əvvəlki mərhələlərdə UEFA Vüsal Əliyev, Fariz Yusifov və Anar Salmanovun avrokubok qarşılaşmalarını idarə etməsinə şərait yaratmışdı. Görünür artıq oyunlar çətinləşdikcə, qitə futbol qurumunun rəsmiləri bizim hakimlərin həmin qarşılaşmaları lazımi şəkildə idarə etməsinə güvənmir.
