27 iyul 2011 13:12

Azərbaycan millisi FİFA reytinqində irəlilədi

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi yeni siyahıda bir pillə irəliləyib.
 
Komandamızın hesabındakı xal ehtiyatında heç bir dəyişiklik olmasa da, hazırda 282 xalla 111-ci pillədə qərarlaşıb. Berti Foqtsun yetirmələri ötən ay 112-ci idi.
 
Azərbaycan millisinin AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərinə gəlincə, Almaniya 3-cü pillədəki yerini qoruyub - 1305 xal. Türkiyə isə 1 pillə geriləyərək 24-cü sıraya düşüb - 820 xal. Belçika daha çox - 2 pillə geriləyib və 691 xalla 37-ci yerdə qərarlaşıb. Avstriya da geriləyib. Lakin cəmi 1 pillə geri düşən bu ölkə yığması 479 xalla 66-cıdı. Qazaxıstan isə yerində sayıb -231 xalla 126-cı. 
 
Yığmamızın avqustun 10-da yoldaşlıq oyunu çərçivəsində Bakıda qarşılaşacağı Makedoniyan da reytinq siyahısında irəliləyib. Bu ölkənin yığması 2 pillə irəliləyərək 338 xalla 98-ci olub.
 
Bütövlükdə, reytinq siyahısına yenə İspaniya liderlik edir (1588 xal). İkinci pillədə Hollandiya (1542), üçüncü yerdə isə Almaniya millisi yer alır (1305). Braziliya 1 pillə irəliləyərək 1202 xalla dördüncü olub. Uruqvay isə 13 pilləlik irəliləyişə nail olub. Bu ölkənin yığması hazırda 1156 xalla 5-cidi. İngiltərə 2 pillə geriləyərək hazırda 1146 xalla 6-cı yerdə qərarlaşıb. Portuqaliya 7-ci pillədəki mövqeyini qoruyub - 1076 xal. İki pillə geriləyən İtaliya səkkizinci (1059 xal), 1 pillə geri düşən Xorvatiya doqquzuncu (1033), yerində sayan Argentina isə onuncudu (1013).
 
Ötən ayın ən yaxşı komandası Baham adaları olub. Bu ölkə 45 pillə irəliləyə bilib. Ən pis göstərici isə Haitiyə məxsusdu - 28 pillə geri.
 
Növbəti reytinq siyahısı avqustun 24-də açıqlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.