27 iyul 2011 01:53
Andrey Mureşan XL-ın məşqçisi oldu
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” artıq Lənkərana qayıtdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, cənub klubu doğma meydanda məşqə də çıxıb.
Lakin baş məşqçisiz. Çünki Mirça Rednik hələ də Bakıdadı və deyilənə görə yeni transferlərlə bağlı müəyyən məsələləri yoluna qoymağa çalışır. Onun və köməkçilərinin yoxluğunda komandanı dünən axşamkı məşqə rumıniyalı müdafiəçı Andrey Mureşan çıxarıb.
