27 iyul 2011 14:03
Premyer Liqanın təqvimi nə vaxt müəyyənləşəcək?
Futbol üzrə Azərbaycan Premyer Liqasının təqvimi hələ müəyyənləşməyib. Azerisport.az xəbər verir ki, növbəti mövsümün təqvimi yaxın günlərdə açıqlanmalıdı.
Hazırda bu məsələ ilə bağlı işlər davam etdirilir. Yəqin ki, Peşəkar Futbol Liqası qarşıdakı günlərdə 2011/12 mövsümünün təqvimini ictimaiyyətə təqdim edəcək.
Qeyd edək ki, növbəti mövsümün də 32 turdan ibarət olması planlaşdırılır. Bunlardan 22-si birinci mərhələyə, qalan 10 turu isə “altılıq” mərhələsinə təsadüf edəcək.
