27 iyul 2011 02:09
Brugge-Qarabağ matçı 1 dəqiqəlik sükutla başlayacaq
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə “Qarabağ” arasındakı ilk oyun bir dəqiqəlik sükutla başlayacaq. Azerisport.az xəbər verir ki, bununla bu günlərdə Norveçin paytaxtı Osloda baş verən faciənin qurbanları anılacaq.
Qeyd edək ki, Osloda terror aktı nəticəsində 100-ə yaxın insan həlak olub. Yeri gəlmişkən, ağdamlıların rəqibinin heyətində Norveçdən olan bir futbolçu da var. Bu, Tom Heqlidi.
“Brugge” – “Qarabağ” görüşü iyulun 28-də Brüggedə keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
