27 iyul 2011 15:08
Rəşad Sadıqov: Hələ şokdan ayılmamışıq
Xəbər verdiyimiz kimi, “Qarabağ” artıq Brügge şəhərindədi. Azerisport.az xəbər verir ki, dünəndən Belçikanın qədim şəhərində məskunlaşan komandamız yerli vaxtla 20:30-da (Bakı vaxtıyla 21:30) məşqə çıxacaq.
Ağdam klubunu tarixi şəhər soyuq havayla qarşılayıb. Dünən sulu qar yağırdısa, bu gün başlayan yağış hələ də davam edir.
Yeri gəlmişkən, “Qarabağ”ın “Brugge”ylə oyundan qabaq itkiylə rastlaşdığını xəbər vermişdik. Kapitan Rəşad Sadiqovun qardaşı Səbuhinin vaxtsız vəfatı hamını məyus edib. Azərbaycan millisinin kapitanı olan müdafiəçi Rəşad Sadıqov komandadakı son durum haqqında belə danışıb: “Səbuhiylə mən uşaqlıqdan dostluq edirdik. Rəşadı mən Səbuhiyə görə tanımışam. Ona görə də necə üzüldüyümü söyləmək yersizdi. “Qarabağ” bir ailədi. Səbuhini nəinki mən, eləcə də komandamızın əksər üzvləri tanıyırdı. Yaxşı, mehriban, qardaşyana münasibətləri vardı. Ona görə də indi hamı məyusdu. Xəbəri eşidəndə Rəşadla Bakıya qayıtmaq istədim. Ona bütün komanda dəstək olmaq istəyir. Hamımız Rəşadın yanında olmaq istəyirik. Hələ şokdan ayılmamışıq ki, oyun haqqında fikirləşək. Rəşada demək istəyirəm ki, hamımız sənin yanındayıq. Onun dərdini paylaşırıq. Bu olay göstərir ki, həyatda daha vacib şeylər var. Allah ona rəhmət eləsin”.
