27 iyul 2011 15:19
Qəbələ FK beynəlxalq turnir təsis etdi
“Qəbələ” Futbol Klubunun təşəbbüsü və “Jalə” Şirkətinin sponsorluğu ilə 30-31 iyul tarixində Qəbələ şəhərində “Jalə” Beynəlxalq Futbol Turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə iki yerli – “Qəbələ”, “Kəpəz” və iki əcnəbi – “Spartak” (Sxinvali, Gürcüstan), “Dila” (Qori, Gürcüstan) komanda iştirak edəcək.
Turnirin proqramı aşağıdakı kimidi:
30 iyul:
10.00 – “Kəpəz” – “Spartak”
18.00 – “Qəbələ” – “Dila”
31 iyul:
10.00 – 3-cüyer uğrunda oyun
18.00 – Final
Matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Turnirin qalibi kubok və medallarla təltif olunacaq. “Qəbələ” - “Dila” və turnirin final oyunu “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.
