27 iyul 2011 15:31
Azərbaycan İsveçrə yığması ilə qarşılaşacaq
Avqustun 6-dan 13-ə qədər İsveçrənin Cenevrə şəhərində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, toplanış çərçivəsində yığmamız iki yoldaşlıq oyunu keçirəcək.
Həmin oyunların təqvimi ilə sizi də tanış edirik:
9 avqust
Vaud U-16 (Lozanna, İsveçrə) – Azərbaycan U-17
12 avqust
İsveçrə U-16 – Azərbaycan U-17
