27 iyul 2011 15:43
Yığma komandamız Riqaya göndərilir
Futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi Latviyanın Riqa şəhərində təşkil olunacaq.
Komandamız burda avqustun 15-dən 25-dək məşqlər keçəcək. Hazırlıq prosesi dövründə millimizin 2 yoldaşlıq oyunu keçirməsi də nəzərdə tutulub.
