27 iyul 2011 16:03
“Qarabağa 2-3 qol vurmaq pis olmazdı”
Belçikanın “Brugge” klubunun yarımmüdafiəçisi Lior Refaelov Avropa Liqasının üçüncü təsnifat mərhələsində onlara rəqib olan “Qarabağ”ı məğlub etməyə borclu olduqlarını düşünür. Azerisport.az xəbər verir ki, o, bu haqda açıqlamasında aşağıdakıları dilə gətirib:
“Bizə “Qarabağ”ı məğlub etmək lazımdı. Hamımız rəqibə hörmətlə yanaşsaq da, onlara ilk oyunda 2-3 qol vurmaq pis olmazdı. Təbii ki, qol buraxmamaq şərtilə”.
“Bizə “Qarabağ”ı məğlub etmək lazımdı. Hamımız rəqibə hörmətlə yanaşsaq da, onlara ilk oyunda 2-3 qol vurmaq pis olmazdı. Təbii ki, qol buraxmamaq şərtilə”.
Qeyd edək ki, "Brugge" - "Qarabağ" matçı sabah Brügge şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra - avqustun 4-də Bakıda olacaq.
