27 iyul 2011 16:42

Ansi Aqolli: Ümid edirəm ki, sabahkı oyuna köklənə biləcəyik

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli azerisport.az saytına müsahibəsində UEFA Avrpa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə səfər oyunu öncəsi komandasının şanslarından danışıb.
 
- Sabah bizi çox çətin oyun gözləyir. Rəqibimiz çox güclüdü. Bu, nə “Banga”, nə də “Streymur”du. Qarşımızdakı komanda tamamilə fərqli səviyyəli komandadı. Amma deməliyəm ki, “Brugge”ni bütün mövsüm böyu gözləmişik. Axı belə komandalarla qarşılaşmaq üçün çempionatda yaxşı oynayırıq ki, avrokuboklara vəsiqə qazanaq.
 
- “Brugge”dən ilk oyunda nə gözləyirsiz?
- Komanda evdə necə oynamağı sevir? Məncə, onlar bizə qarşı aqressiv oyun sərgiləyəcəklər. Biz buna yaxşı hazırlaşmalıyıq. Bizə xüsusilə ilk dəqiqələrdən çox çətin olacaq və bu təhlükəni adlamaq üçün əlimizdən gələni etməliyik. Mən “Brugge”ni top-komanda adlandırardım.

- Belçikalılar cinahlardan oynamağı sevirlər. Rəqibin bu hücumlarına hazırsız?
- Fikrimcə, sabah mənim də, Maksim Medvedevin də işi çox olacaq. Onların həqiqətən təhlükəli cinah yarımmüdafiəçiləri var. Amma hələ kimə qarşı oynayacağımı bilmirəm. Kim olsa, hazıram.
 
- “Brugge”ni ötən mövsümkü rəqiblərinizdən Polşa “Wisla”sı ilə müqayisə etmək olar?
- Krakov təmsilçisi də yaxşı səviyyəli komanda idi. Amma “Brugge” daha güclü çempionatın təmsilçisidi. Odu ki, bu ilki rəqibimizin daha güclü olduğunu düşünürəm.
 
- Karyeranız ərzində belçikalılara qarşı oynamısız?
- Hələ yox. Sabah onlarla ilk görüşüm olacaq.
 
- Dünən “Qarabağ” yolda olarkən kapitan Rəşad Sadiqovun qardaşının qəfil ölüm xəbəri gəldi. Bu, şübhəsiz komandadakı əhval-ruhiyyəni korlayıb...
- Mən Rəşadla birgə oturmuşdum, kofe gözləyirdik. Bir nəfər bu xəbəri ona çatdırdı. Mən bu hadisəni öz gözlərimlə gördüm və Rəşadın hansı ağrılı hisslər keçirdiyinin şahidi oldum. Təbii ki, komandadakı atmosfer xoş deyil. Amma ümid edirəm ki, sabahkı oyuna köklənə biləcəyik.

- Hansı nəticəyə ümid bəsləyirsiz?
- Mən Bakıya yaxşı nəticə ilə qayıtmağı çox istəyirəm. Ən azı növbəti mərhələyə adlamaq şanslarımızı saxlayacaq bir nəticə. Sabahkı oyun bizim üçün çox vacibdi.
 
- Konkret hansı hesabı istərdiniz?
- 1:1 və ya 2:2.
 
- Amma “Streymur”la oyunlardan sonra çoxları sizin uğurunuza inanmır...
- Çox təəssüf edirəm ki, belə düşünürlər. Komandamız dəyişməyib. Bütün oyunçular qalıb, daha böyük təcrübə toplamışıq. Ümid edirəm ki, bütün azarkeşlərimizi sevindirə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.