27 iyul 2011 17:19
Milan İnterinin hücumçusu Bakıya gəlir
Makedoniya yığmasının yeni baş məşqçisi Boban Babunski avqustun 10-da Azərbaycanla keçiriləcək yoldaşlıq oyunu üçün heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, millimizin rəqibi Bakıya 19 futbolçu ilə gəlir.
Milli komandanın sükanı arxasına dünən keçən Babunski Azərbaycanla oyuna ölkəmizdə çıxış edən 1 futbolçunu dəvət edib. Bu, Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevskidi. Lakin paytaxt klubunda top qovan digər makedoniyalı futbolçu – İqor Mitreski əsas komandada çağırılmayıb. Buna onun Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiya “Dinamo”su ilə Zaqrebdəki ilk oyunda zədələnməsi səbəb olub.
Bütövlükdə Babunski Bakıya gətirəcəyi heyətə aşağıdakı futbolçuları dəvət edib:
Qapıçılar: Tome Paçovski (Germinal, Belçika), Martin Boqatinov (Karpatı, Ukrayna);
Müdafiəçilər: Stefan Ristovski (Crotone, İtaliya), Qoran Popov (Dinamo, Kiyev, Ukrayna), Vladimir Dimitrovski (Mlada, Çexiya), Vançe Şikov (Volın, Ukrayna), Daniel Moysov (Vojvodina, Serbiya);
Yarımmüdafiəçilər: Muhamed Demiri (Thun, İsveçrə), Aleksandr Lazevski (Partizan, Serbiya), Stefan Spirovski (Borac, Serbiya), Slavço Georgiyevski (Neftçi, Azərbaycan), Veliçe Şumulikoski (Sibir, Rusiya), Vlatko Qrozdanoski (Vardar), Ferhan Hasani (Skendija);
Hücumçular: Qoran Pandev (İnter, İtaliya), Samir Fazli (Herenven, Hollandiya), İvan Triçkovski (APOEL, Kipr), Agim İbraimi (Maribor, Sloveniya), Aleksandr Traykovski (Zulte-Varegem, Belçika).
Xatırladaq ki, Azərbaycan – Makedoniya matçı avqustun 10-da, Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək.
