27 iyul 2011 20:56
Simurq Kəpəz üzərində qələbəyə sevindi (YENİLƏNİB)
Bu gün “Simurq” və “Kəpəz” klubları yeni mövsümə hazırlıq çərçivəsində növbəti sınaq matçına çıxıblar. Azerisport.az xəbər verir ki, Zaqatala və Gəncə klubları öz aralarında sınaq oyunu keçiriblər.
Qeyd edək ki, qarşılaşma Zaqatala şəhər stadionunda baş tutub. İlk yarıda qapılara qol vurulmasa da, fasilədən sonra meydan sahibləri rəqib qapısına yol tapa biliblər. Matçın sonlarında zaqatalalılar daha bir qol vursalar da, "Kəpəz" sonda bunlardan birinin əvəzini çıxa bilib.
Bu görüş Zaqatala klubunun yeni baş məşqçisi Sergey Yuranın rəhbərliyi altındakı ikinci sınaq matçı idi. Xatırladaq ki, rusiyalı mütəxəssis bundan öncə birinci divizion təmsilçisi “Şahdağ”la qarşılaşmada 4:1 hesablı qələbəyə sevinmişdi. “Gəncə” isə Türkmənistan çempionu “Nebitçi” ilə bir oyunda 5:0 hesablı darmadağına imza atdığı halda, digərində qolsuz heç-heçəyə razılaşmışdı.
Yoldaşlıq oyunu
27 iyul
Simurq - Kəpəz - 2:1 (0:0)
Qollar: Junivan Suares, 60, Əli Bağırov, 89 - Anton Qay, 90.
