27 iyul 2011 18:48
Turan portuqaliyalı və serb futbolçu ilə müqavilə bağlayır
“Turan” yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Tovuz klubu təlim-məşq toplanışı ilə yanaşı, transfer çalışmalarını da davam etdirir.
Xəbər verdiyimiz kimi, Gürcüstan toplanışı zamanı komandaya yeni futbolçular da qoşulmuşdu. Artıq onların kimliyi də bəllidi. Bunlardan biri portuqaliyalı Muhamadu Travalenindi. Digəri isə Aleksandr Dubleviçdi.
Hər iki futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacağı gözlənilir.
