27 iyul 2011 19:12
Millimiz 5-ci səbətdəki yerini qorudu
Məlum olduğu kimi, iyulun 30-da Braziliyanın Rio-de-Janeyro şəhərində 2014-cü ildə bu ölkədə təşkil ediləcək dünya çempionatının seçmə mərhələsinin püşkatması keçiriləcək. Azerisport.az xəbər verir ki, bu püşkatmada yığmamızın yer aldığı səbətdə heç bir dəyişiklik olmayıb.
Belə ki, bu gün FİFA-nın açıqladığı yeni reytinq siyahısına əsasən səbətlərdə müəyyən dəyişiklik olacağı güman edilsə də, bu, baş verməyib. Beləliklə, səbətlərin tərkibini diqqətinizə çatdırırıq:
1-ci səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan
2-ci səbət: Fransa, Çernoqoriya, Rusiya, İsveç, Danimarka, Sloveniya, Türkiyə, Serbiya, Slovakiya
3-cü səbət: İsveçrə, İsrail, İrlandiya, Belçika, Çexiya, Bosniya və Herseqovina, Belarus, Ukrayna, Macarıstan
4-cü səbət: Bolqarıstan, Rumıniya, Gürcüstan, Litva, Albaniya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Polşa
5-ci səbət: Ermənistan, Finlandiya, Estoniya, Kipr, Latviya, Moldova, Makedoniya, Azərbaycan, Farer adaları
6-cı səbət: Uels, Lixtenşteyn, İslandiya, Qazaxıstan, Lüksemburq, Malta, Andorra, San Marino
