27 iyul 2011 20:38
Koster: Qarabağın oyununa baxanda təəccübləndim
Belçikanın “Brugge” klubunun baş məşqçisi Adri Koster Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la oyunu öncəsi azerisport.az saytına danışıb. Belçika təmsilçisinin çalışdırıcısı komandamızla ev oyunundan əvvəl bunları dilə gətirib:
“Qarabağ”ın oyunlarının videoyazısına baxanda təəccübləndim. Rəqib komandanın güclü, təhlükəli futbolçuları var. Düzünü deyim ki, bu, mənim üçün sürpriz oldu. Amma mən həmişə öz komandama baxıram. Bu, mənim üçün daha vacibdi. Bizim öz oyun üslubumuz var. Odu ki, sabah öz futbolumuzu oynayacağıq”.