27 iyul 2011 22:11
Vadis Ocica: Belçikada düşünürlər ki, Qarabağ zəif komandadı
Belçikanın “Brugge” klubunun yarımmüdafiəçisi Vadis Ocica Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Belçikada çoxları düşünür ki, “Qarabağ” zəif komandadı, onlar futbol oynaya bilmirlər, kiçik ölkəni təmsil edir. Amma biz bu klub haqda məlumat toplamışıq və bilirik ki, bu, qətiyyən onlar düşündükləri kimi deyil. Oyunçularının əksəri Azərbaycan yığmasında çıxış edir. Futbolçuları yaxşı səviyyəlidilər. Bu üzdən də düşünürəm ki, qonaq komanda Belçikada bizə sürpriz edə bilər”.