27 iyul 2011 11:25
Barcelonanın yetirməsi: Qarabağın işini ilk oyunda bitirmək istəyirik
Belçikanın “Brugge” klubunun yeni transferi Viktor Vaskes UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Qarabağ”la ilk oyundan nə gözləyirsiz?
- Mənim üçün ilk oyunun doğma meydanda keçirilməsi çox yaxşıdı. Çünki mən ilk rəsmi oyunumu məhz doğma, yeni azarkeşlər qarşısında keçirəcəm. Bu üzdən də özümü göstərmək istəyirəm. “Brugge”nin yaxşı oyun göstərməsini və qələbə qazanmasını gözləyirəm.

- Sizcə, “Qarabağ”ı asanlıqla yenə biləcəksiz?
- Biz yaxşı hazırlıq keçmişik, yoldaşlıq oyunlarımız olub. Oyun planında heç bir problemimiz olmamalıdı. “Brugge” ciddi klubdu. Mən elə buna görə də bura gəlmişəm.
- Biz yaxşı hazırlıq keçmişik, yoldaşlıq oyunlarımız olub. Oyun planında heç bir problemimiz olmamalıdı. “Brugge” ciddi klubdu. Mən elə buna görə də bura gəlmişəm.
- Qarşınıza cütün taleyini ilk matçda həll etmək vəzifəsi qoyulub?
- Əlbəttə, belə daha yaxşı olardı. Cavab oyununa soyuq qəlblə getmək daha yaxşıdı. Mən inanıram ki, belə də olacaq.
- Əlbəttə, belə daha yaxşı olardı. Cavab oyununa soyuq qəlblə getmək daha yaxşıdı. Mən inanıram ki, belə də olacaq.
- Bəs rəqib barədə nə bilirsiz?
- Baş məşqçimiz bizə deyib ki, “Qarabağ” pis komanda deyil. Onlara çox ciddi yanaşmağımızı istəyir. Onunla razıyam ki, hər bir rəqibə hörmətlə yanaşmaq lazımdı. Elə Azərbaycan komandasına da.
- Sizin üçün “Qarabağ”la oyun xüsusidi?
- Özü də necə! “Brugge”dəki debütümü intizarla gözləyirəm. İlk oyunumda ən yaxşı keyfiyyətlərimi 100 faiz göstərmək istəyirəm. “Qarabağ” qarşı maksimum gücümüzü meydanda qoymalıyıq. Hamımız yaxşı oynasaq, qələbə qazanarıq. Mənə xüsusilə ev oyunundakı atmosfer daha maraqlı gəlir.

- Siz “Brugge”yə bu yay “Barcelona”dan gəldiniz, hansı ki, Azərbaycanda da azarkeşləri çoxdu...
- “Barsa”ya bütün dünyada azarkeşlik edirlər. Buna görə orda da belələrinin olmasına təəccüblənmirəm. Bu klubu sevən hər bir kəsə can sağlığı arzulayıram. Böyük klubdu. Çox şadam ki, uzun illər “Barcelona”da çıxış etmişəm və bu klubun yetirməsi hesab olunuram. Kim bilir, bəlkə nə vaxtsa yenidən ora qayıtdım. Amma indi bütün planlarım “Brugge” ilə bağlıdı.