27 iyul 2011 23:25
Qurban Qurbanov: Bu, bizim yeni mövsümdə ilk ciddi sınağımızdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah keçiriləcək Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bunları dilə gətirib:
“Brugge”nin baxdığımız oyunları da göstərir ki, bu komanda öz stilini qoruyub saxlayıb. Düzdü, komanda yeni futbolçularla güclənib. 10 yeni oyunçu alınıb. Amma görünür rəqibin məşqçi heyəti onlarla yaxşı iş aparır”.

"Belçika klubu ilə oyunlar "Qarabağ" üçün yeni mövsümdə ilk belə ciddi sınaq olacaq. "Banga" və "Streymur" tamamilə başqa səviyyədə komanda idi. Biz əlimizdən gələni etməliyik ki, rəqib komandaya oynamaq imkanı verməyək. Ümid edirəm ki, nəticə minimal hesablı olacaq. Bizim məlum təcrübəmiz var. Hər halda ümid edirəm ki, maraqlı oyun izləyəcəksiz".