27 iyul 2011 11:34
Brugge və Qarabağ futbolçuları meydana qara sarğı ilə çıxacaqlar
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə “Qarabağ” arasındakı ilk oyunun bir dəqiqəlik sükutla başlayacağını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bununla bu günlərdə Norveçin paytaxtı Osloda baş verən faciənin qurbanları anılacaq.
Sözügedən oyunda hər iki komandanın üzvləri meydana həm də qarşı sarğıda çıxacaq. Komandalar Azərbaycan millisinin sabiq üzvü, vaxtilə “Neftçi”nin də şərəfini qorumuş, 29 yaşlı Səbuhi Sadiqovun vaxtsız vəfatı ilə əlaqədar məhz belə addım atmağa qərar veriblər.
Qeyd edək ki, mərhumun qardaşı, “Qarabağ”da çıxış edən Rəşad Sadiqov Brüggeyə səfər zamanı eşitdiyi bu sarsıdıcı xəbərlə əlaqədar Bakıya qayıdıb və “Brugge” ilə səfər matçında iştirak edə bilməyəcək.
“Brugge” – “Qarabağ” görüşü iyulun 28-də Brüggedə keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
